14/04/2021
23:22
1566
| A A A
Azərbaycan millisindən darmadağın

Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində son oyununu keçirib.

Goal.az xəbər verir ki, 3-cü qrupda mübarizə aparan Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv evdə Yunanıstanla qarşılaşıb. Bakı İdman Sarayındakı görüş yığmamızın 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Milli komanda beş oyundan sonra qrup liderliyini və final mərhələsinə vəsiqəni təmin etdiyindən, yunanlarla görüş formal xarakter daşıyırdı.

Azərbaycan – Yunanıstan - 4:0

Qollar: Fineo, 3, Q.Panayotis, 14-avtoqol, İsa Atayev, 16, Ramiz Çovdarov, 25

Hakimlər: Yaroslav Vovçuk, Yevgeni Qordiyenko (hər ikisi Ukrayna)

Bakı İdman Sarayı

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11341 səs