20/04/2021
20:31
807
| A A A
DÇ-2023: Azərbaycan millisinin yer alacağı səbət dəqiqləşdi

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin 2023-cü ildə Avstraliya və Yeni Zelandiyada keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkatma mərasimində yer alacağı səbət müəyyənləşib.

Goal.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçi olduğu kollektiv aprelin 30-dakı püşkatmaya 4-cü səbətdən qoşulacaq.

Burada Azərbaycanla yanaşı, Slovakiya, Macarıstan, Belarus, Xorvatiya, Albaniya, Şimali İrlandiya və İsrail yığmaları da yer alıb.

Qeyd edək ki, dünya çempionatı 10 iyul - 20 avqustda təşkil olunacaq. Seçmə mərhələnin oyunları bu ilin sentyabrında start götürəcək və 2022-ci ilin avqustunadək davam edəcək.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11275 səs