04/05/2021
18:22
1495
| A A A
Türkiyə - Azərbaycan matçının başlama saatı açıqlandı

Türkiyə və Azərbaycan milli komandaları arasında keçiriləcək yoldaşlıq görüşünün başlama saatı müəyyənləşib.

Goal.az xəbər verir ki, mayın 27-də Alanyadakı Oba stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Qeyd edək ki, Canni De Byazinin başçılıq etdiyi kollektiv "ay-ulduzlular"la qarşılaşmadan sonra iyunun 2-də Minsk şəhərində Belarus, iyunun 6-da isə Kişineuda Moldova yığması ilə üz-üzə gələcək.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11329 səs