23/05/2021
13:51
2156
| A A A
Azərbaycan millisinə yeni futbolçular çağırıldı

Azərbaycan milli komandasının Bakıda başlanan hazırlıq prosesinə daha 4 futbolçu dəvət edilib.

Goal.az xəbər verir ki, onlardan "Sabah"ın kapitanı Bəhlul Mustafazadə Türkiyə, Belarus və Moldova yığmaları ilə nəzərdə tutulan yoldaşlıq görüşlərində iştirak üçün nəzərdə tutulub. Beləliklə, dəvətli oyunçuların sayı 30-a çatıb.

Bundan əlavə, 21 yaşadək futbolçulardan ibarət milli komandanın üzvləri Nicat Mehbalıyev (“Sabah”), Cəlal Hüseynov (“Zirə”) və Vidadi Cəfərov (“Turan Tovuz”) millinin mayın 24-dək Bakıdakı məşqlərində iştirak edəcək.

Qeyd edək ki, Azərbaycan millisi mayın 27-də Alanyada Türkiyə, iyunun 2-də Minskdə Belarus, iyunun 6-da isə Kişineuda Moldova ilə qarşılaşacaq.