27/05/2021
23:03
2226
| A A A
Azərbaycan millisi məğlub oldu

Azərbaycan milli komandası bu gün yoxlama oyununda qüvvəsini sınayıb.

Goal.az xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi kollektiv səfərdə Türkiyə yığması ilə qarşılaşıb.

Alanya şəhərində keçirilən qarşılaşmada qapılara üç qol vurulub. Hesabı yığmamızın açdığı matçda meydan sahibləri əzmkar qələbə qazanıblar.

Türkiyə – Azərbaycan 2:1

Qol: H.Dervişoğlu, 34. K.Ayhan, 45 – E.Mahmudov, 28.