02/06/2021
13:34
1231
| A A A
Azərbaycan millisi növbəti oyununu keçirir

Azərbaycan milli komandası bu gün növbəti beynəlxalq yoldaşlıq oyunu keçirəcək.

Goal.az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu komanda Belarusla qarşılaşacaq. Minskdəki "Dinamo" stadionunda oynanılacaq matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Yoldaşlıq oyununa azarkeşlər də buraxılacaq.

Qeyd edək ki, millimiz bundan əvvəl Türkiyəyə 1:2 hesabı ilə uduzub. Komandamız iyunun 6-da isə Kişinyovda Moldova ilə yoldaşlıq oyunu keçirəcək.

Yoldaşlıq oyunu

20:00. Belarus - Azərbaycan

Minsk, "Dinamo" stadionu