02/06/2021
14:27
645
| A A A
Millinin matçı moldovalı hakimlərə tapşırıldı

Futbol üzrə Azərbaycan və Belarus milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununun təyinatları açıqlanıb.

Goal.az xəbər verir ki, qarşılaşma Moldovadan olan hakimlər briqadasına həvalə edilib.

Əsas referi Dumitru Munteana, Vadim Vikol və Vladislav Lifciu kömək edəcək.

Qeyd edək ki, bu gün Minskdəki "Dinamo" Milli Olimpiya Stadionundakı matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.