02/06/2021
22:01
3167
| A A A
Azərbaycan millisi qələbə qazandı

Azərbaycan milli komandası bu gün növbəti beynəlxalq yoldaşlıq oyunu keçirib.

Goal.az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu komanda Belarusla qarşılaşıb. Minskdəki "Dinamo" stadionunda oynanılan matçda millimiz hesabda geridə olsa da, yekunda qalib gəlib - 2:1. Yoldaşlıq oyununa azarkeşlər də buraxılıb.

Qeyd edək ki, millimiz bundan əvvəl Türkiyəyə 1:2 hesabı ilə uduzmuşdu. Komandamız iyunun 6-da isə Kişinyovda Moldova ilə yoldaşlıq oyunu keçirəcək.

Beynəlxalq yoldaşlıq oyunu

20:00. Belarus - Azərbaycan - 1:2

Qollar: Maksim Skaviş, 56 (1:0), Bədavi Hüseynov, 73 (1:1), Ramil Şeydayev, 90+1 (1:2)