06/06/2021
10:40
1042
| A A A
Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək

Bu gün milli komandamız təlim-məşq toplanışı çərçivəsində sonuncu - 3-cü yoldaşlıq oyununu keçirəcək.

Goal.az xəbər verir ki, Canni De Byazinin komandası səfərdə Moldova yığması ilə qarşılaşacaq.

Kişinyovdakı "Zimbru" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Maraq üçün qeyd edək ki, Modova yığmasına "Neftçi"nin sabiq baş məşqçisi, De Byazinin həmyerlisi olan (İtaliya) Roberto Bordin başçılıq edir

Bundan əvvəl Türkiyə yığmasına 1:2 hesabı ilə uduzan millimiz eyni hesabla Belarusa qalib gəlib.

Yoldaşlıq oyunu

20:00. Moldova - Azərbaycan

Kişinyov, "Zimbru" stadionu