06/06/2021
15:56
795
| A A A
Azərbaycan millisi məğlub oldu

Moldovanın paytaxtı Kişinyovda təlim-məşq toplanışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində bu gün moldovalı həmyaşıdları ilə növbəti yoxlama oyununu keçirib.

Goal.az xəbər verir ki, qarşılaşma Moldova millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, bu komandalar arasında iyunun 4-də keçirilən ilk oyun 1:1 hesabı ilə nəticələnmişdi.

Yoxlama oyunu

Moldova - Azərbaycan 2:0

Vlas Aleksandru, 62. İlie Botnari, 85.