06/06/2021
21:59
1639
| A A A
Azərbaycan millisi məğlub oldu

Bu gün milli komandamız təlim-məşq toplanışı çərçivəsində sonuncu - 3-cü yoldaşlıq oyununu keçirib.

Goal.az xəbər verir ki, Canni De Byazinin komandası səfərdə Moldova yığması ilə qarşılaşıb.

Kişinyovdakı "Zimbru" stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 1:0.

Maraq üçün qeyd edək ki, Modova yığmasına "Neftçi"nin sabiq baş məşqçisi, De Byazinin həmyerlisi olan (İtaliya) Roberto Bordin başçılıq edir

Bundan əvvəl Türkiyə yığmasına 1:2 hesabı ilə uduzan millimiz eyni hesabla Belarusa qalib gəlib.

Yoldaşlıq oyunu

20:00. Moldova - Azərbaycan - 1:0

Qol: Damaşkan, 9