04/09/2021
22:05
4748
| A A A
Azərbaycan millisi səfərdən bir xalla dönür

Bu gün Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununa çıxıb.

Goal.az xəbər verir ki, yığmamız A qrupunda 5-ci turda səfərdə İrlandiya ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.

Yığmamız növbəti görüşünü sentyabrın 7-i Bakıda Portuqaliyaya qarşı keçirəcək.

Xatırladaq ki, Azərbaycan millisi daha öncə Portuqaliyaya 0:1, Serbiya və Lüksemburqa isə 1:2 hesabı ilə uduzmuşdu.

20:00. İrlandiya – Azərbaycan - 1:1

Qollar: Emin Mahmudov, 45+1 (0:1), Duffi, 87 (1:1)

Dublin. “Aviva” stadionu