17/09/2021
22:43
1686
| A A A
Azərbaycan millisi Rusiyaya uduzdu

Qadın futbolçulardan ibarət Azərbaycan millisi 2023-cü il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində mübarizəyə başlayıb.

Goal.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçi olduğu komanda E qrupundakı ilk oyununda Rusiyanın qonağı olub və 0:2 hesabı ilə uduzub. Qolları 42-ci dəqiqədə Marina Fyodorova, 75-ci dəqiqədə isə Nelli Korovkina vurublar.

Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu sentyabrın 21-də Bakıda Danimarkaya qarşı keçirəcək.