27/05/2022
17:11
770
| A A A
Qazaxıstan millisi Qəbələyə gəlir

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Qazaxıstanla yoldaşlıq oyunları keçirəcək.

Goal.az xəbər verir ki, görüşlər iyunun 7-də və 10-da Qəbələdə baş tutacaq.

Rəqib komandanın baş məşqçisi Vahid Məsudov təlim-məşq toplanışı və qarşıdakı matçlar üçün 19 futbolçuya dəvət göndərib.

Qeyd edək ki, Azərbaycanın U-19 yığmasına Miloş Velebit başçılıq edir.