05/06/2022
12:24
1045
| A A A
Belarus - Azərbaycan: Mətbuat konfransı və açıq məşqin vaxtı məlum oldu

UEFA Millətlər Liqası turniri çərçivəsində iyunun 6-da Serbiyanın Novi Sad şəhərindəki “Karadjordje” stadionunda keçiriləcək Belarus - Azərbaycan oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfransları və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib.

Goal.az xəbər verir ki, öncə jurnalistlərin qarşısına Canni De Byazi çıxacaq:

5 iyun

Azərbaycan milli komandası

Saat 14:00. Mətbuat konfransı

Radisson Hotel, Belqrad

Saat 18:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

“Çukariçki” stadionu

Belarus milli komandası

Saat 18:30. Mətbuat konfransı

Saat 19:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Hər ikisi - “Karadjordje” stadionu

Qeyd: Tədbirlərin başlama saatı yerli vaxtla göstərilib. (sportal)