06/06/2022
00:04
2177
| A A A
Azərbaycan yığması qələbə qazandı

Bakıda təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoldaşlıq oyununu keçirib.

Goal.az xəbər verir ki, Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 3:2 hesablı qələbə qazanıb. U-20-in hər üç qolunu biri penaltidən olmaqla Camal Cəfərov vurub.

Qeyd edək ki, bu komandalar arasında növbəti oyun iyunun 7-də keçiriləcək.