06/06/2022
10:00
1598
| A A A
Azərbaycan millisi növbəti oyununu keçirir

Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.

Goal.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu komanda Serbiyada Belarusla üz-üzə gələcək.

Novi Sad şəhərindəki “Karadjordje” stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Görüşü Məhəmməd Əl-Hakimin başçılıq etdiyi isveçli hakimlər idarə edəcək.

Qrupun digər görüşündə Slovakiya Qazaxıstanı qəbul edəcək.

UEFA Millətlər Liqası

C Liqası

3-cü qrup

22:45. Belarus - Azərbaycan

Baş hakim: Məhəmməd Əl-Hakim

Serbiya. Novi Sad “Karadjordje”

Qeyd edək ki, Azərbaycan yığması I turda səfərdə Qazaxıstana 0:2 hesabı ilə uduzub. Belarus kollektivi isə Serbiyada Slovakiyaya minimal hesabla yenilib - 0:1.