Azərbaycan millisi səfərdən bir xalla dönür
Azərbaycan millisi bu gün Millətlər Liqasının qrup mərhələsində 2-ci tur oyununa çıxıb.
Goal.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu komanda C Liqasının 3-cü qrupunda Belarusla üz-üzə gəlib. Serbiyanın Novi Sad şəhərindəki “Karadjordje” stadionunda keçirilən matç qolsuz bərabərliklə başa çatıb.
Yığmamız ilk turda səfərdə Qazaxıstana 0:2 hesabı ilə uduzmuşdu.
Bu qrupun digər görüşündə Slovakiya Qazaxıstanı qəbul edib və 0:1 hesabı ilə məğlub olub.
UEFA Millətlər Liqası
C Liqası, 3-cü qrup
Belarus - Azərbaycan - 0:0
Qırmızı vərəqə: Qismət Alıyev, 84