07/06/2022
11:25
1039
| A A A
Azərbaycanın U-21 yığması bu gün növbəti matçını keçirəcək

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.

Goal.az xəbər verir ki, rəqib Finlandiyanın müvafiq yaş qrupundan ibarət komandası olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Helsinkidəki eyniadlı stadionda təşkil olunacaq qarşılaşmanı Lüksemburqdan olan hakimlər briqadası idarə edəcək.

Hazırda Azərbaycan millisi A qrupunda 8 oyundan 7 xalla 5-ci, Finlandiya isə 16 xalla 3-cü pillədə qərarlaşıb.

AVRO-2023, seçmə mərhələ

17:00. Finlandiya – Azərbaycan

Hakimlər: Jasmin Sabotiç, David Mateus Santos, Dani Dias Balsa, Jeremi Müller

(hamısı Lüksemburq)

"Helsinki Football Stadium".