Milli komanda daha bir oyunda məğlubiyyətə uğradı
Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində 3-cü tur oyununa çıxıb.
Goal.az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu komanda Slovakiyanı qəbul edib. "Dalğa Arena"da keçirilən görüşdə yığmamız 0:1 hesabı ilə məğlub olub.
Qeyd edək ki, millimiz turnirin ilk turunda Qazaxıstana 0:2 hesabı ilə uduzub, 2-ci turda Belarusla qolsuz bərabərə qalıb.
Azərbaycan - Slovakiya - 0:1
Vays 81