11/06/2022
23:25
1519
| A A A
Azərbaycanın minifutbol millisi Avropa çempionu olub

Mini-futbol üzrə Azərbaycan milli komandası Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Goal.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçi olduğu kollektiv finalda Rumıniyanı məğlubiyyətə uğradıb - 1:0.

Görüşdə yeganə qolu 25-ci dəqiqədə Seymur Məmmədov vurub.

Bununla da Azərbaycan millisi tarixində ilk dəfə qitə çempionu olub. (report)