12/06/2022
17:23
4902
| A A A
Norveç - Azərbaycan oyununun hakimləri açıqlandı

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 14-də, saat 20:00-da, Drammen şəhərindəki “Marienlyst” stadionunda keçiriləcək Norveç - Azərbaycan oyununun hakimləri açıqlanıb.

Goal.az xəbər verir ki, qarşılaşmanı Bosniya və Herseqovinadan olan hakimlər idarə edəcək:

Baş hakim: Luka Bilbiya

Baş hakimin köməkçiləri: Goran Dujak, Amer Maciç

Dördüncü hakim: Antoni Bandiç

(Hakimlər briqadası Bosniya və Herseqovinadandır)