13/06/2022
10:00
1053
| A A A
Azərbaycan millisi növbəti oyununu keçirir

Azərbaycan millisi bu gün Millətlər Liqasının qrup mərhələsində növbəti oyununa çıxacaq.

Goal.az xəbər verir ki, yığma 4-cü turda Belarusla doğma meydanda qarşılaşacaq. "Dalğa Arena"da keçiriləcək görüş saat 20:00-da başlayacaq.

Komandalar arasında bir həftə əvvəl oynanılan ilk matç 0:0 hesabı ilə yekunlaşıb.

Qrupun digər qarşılaşmasında isə qrup lideri Qazaxıstan Slovakiyanı qəbul edəcək.

Millətlər Liqası, 4-cü tur

C Liqası

3-cü qrup

20:00. Azərbaycan - Belarus

Hakimlər: Anastasios Papapetru, Trifon Petropulos, İordanis Aptosoqlu, Georgios Tsovaras (Yunanıstan)

"Dalğa Arena".