14/06/2022
16:09
1370
| A A A
Azərbaycanın U-21 yığması bu gün Norveçin qonağı olacaq

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində sonuncu görüşünü keçirəcək.

Goal.az xəbər verir ki, Milan Obradoviçin baş məşqçi olduğu komanda X turda səfərdə Norveçin müvafiq yaş qrupundan ibarət yığması ilə üz-üzə gələcək.

Drammen şəhərindəki “Marienlyst” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Görüşü Luka Bilbiyanın başçılıq etdiyi Bosniya və Herseqovinadan olan hakimlər idarə edəcək.

Norveç seçməsi 9 oyundan sonra 21 xalla ikinci pillədə qərarlaşıb. Azərbaycan millisi isə 7 xalla 5-ci sıradadır. (report)

AVRO-2023, seçmə mərhələ 

20:00. Norveç – Azərbaycan

Baş hakim: Luka Bilbiya (Bosniya və Herseqovina)

Drammen. “Marienlyst” stadionu