23/06/2022
16:09
1193
| A A A
UEFA Azərbaycan millisinin ən yaxşı futbolçusunu açıqlayıb

UEFA Millətlər Liqasının ilk 4 turunun oyunlarından sonra milli komandaların ən yaxşı futbolçularının adlarını açıqlayıb.

Goal.az xəbər verir ki, Azərbaycan yığmasında Emin Mahmudov hamını qabaqlayıb. Neftçi-də çıxış edən 30 yaşlı yarımmüdafiəçi 119 xalla ilk pillədə yer alıb.

Onu hərəyə 113 xalla Qarabağ-dan qapıçı Şahruddin Məhəmmədəliyev və müdafiəçi Bəhlul Mustafazadə izləyir.

Qeyd edək ki, C Liqasında mübarizə aparan Azərbaycan milli komandası 3-cü qrupda keçirdiyi matçlarda Qazaxıstan və Slovakiyaya uduzub, Belarusla səfərdə heç-heçə edib, evdə isə bu komandaya qalib gəlib. Canni De Byazinin başçılıq etdiyi kollektiv hazırda 4 xalla 3-cü pillədə qərarlaşıb. (report)