Milli Avropa çempionatında mübarizəyə başlayır
17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayır.
Goal.az xəbər verir ki, milli bu gün Bakı vaxtı ilə saat 20:00-da Latviyada keçirəcək oyunda bu ölkənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Saat 20:00-da start götürəcək oyunu İsveçdən və Norveçdən olan hakimlər briqadası idarə edəcək.
Azərbaycan Avropa çempionatının seçmə mərhələsində B Liqasının 4-cü qrupunda Latviya və Slovakiya ilə mübarizə aparacaq.
Avropa çempionatı, seçmə mərhələ
I tur
20:00 Latviya – Azərbaycan
Hakimlər: Lovisa Johansson, Emelie Elfstrand (İsveç), Line Cathrine Nymoen, Emilie Torkelsen (Norveç)
Salaspils. Salaspils BSS stadium.