20/11/2022
10:21
4034
| A A A
Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək

Azərbaycan milli komandası bu gün növbəti yoldaşlıq oyununu keçirəcək.

Goal.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu kollektiv səfərdə Şimali Makedoniya ilə qarşılaşacaq.

Skopyedəki “Todor Proeski Milli Arena”sında oynanılacaq görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Ardıcıl 4 oyundur qələbə qazanan Azərbaycan millisi yoldaşlıq matçında son olaraq, səfərdə Moldova seçməsini 2:1 hesabı ilə məğlub edib.

Yoldaşlıq oyunu

17:00. Şimali Makedoniya - Azəraycan

Hakimlər: Enea Yorqyi, İlir Tartaray, Doyando Miftari, Yovan Kaçevski (hamısı Albaniya)

Skopye, “Todor Proeski Milli Arena”sı

GÜNÜN ƏN ÇOX OXUNANLARI