20/11/2022
19:20
12985
| A A A
Azərbaycan millisi ardıcıl 5-ci qələbəsini qazandı

Bu gün milli komandamız növbəti yoxlama oyununa çıxıb.

Goal.az xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi yığmamız səfərdə Şimali Makedoniya ilə qarşılaşıb və 3:1 hesabı ilə qalib gəlib. Bu, Millətlər Liqası və yoxlama oyunları da daxil olmaqla milli komandamızın ardıcıl 5-ci qələbəsi olub.

Qeyd edək ki, millimiz bir neçə gün əvvəl səfərdə Moldova ilə yoxlama matçında qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.

Yoldaşlıq oyunu

17:00. Şimali Makedoniya - Azəraycan - 1:3

Qol: Bardhi, 25 (1:0), Elvin Cəfərquliyev, 38 (1:1), Musa Qurbanlı, 65 (1:2), Ramil Şeydayev, 89 (1:3)

Qırmızı vərəqələr: Boban Nikolov, 52-iki sarı vərəqə (Şimali Makedoniya), Höccət Haqverdi, 75 (Azərbaycan)

GÜNÜN ƏN ÇOX OXUNANLARI