24/11/2022
19:18
2681
| A A A
Avstriya - Azərbaycan oyunu yeni stadionda

Avstriya yığmasının AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan və Estoniya millilərini hansı stadionda qəbul edəcəyi dəqiqləşib.

Goal.az xəbər verir ki, hər iki oyun Linz şəhərində gələn il fevralın 24-də istifadəyə veriləcək "Raiffeisen Arena" stadionunda oynanılacaq. Bu stadion 17 min nəfərdən bir qədər çox tamaşaçı tutumuna malikdir.

Avstriya - Azərbaycan qarşılaşması 2023-cü il martın 24-də keçiriləcək.

GÜNÜN ƏN ÇOX OXUNANLARI