07/12/2022
22:15
2569
| A A A
Mahir Emrelinin Dinamo-ya qayıdacağı tarix bəlli olub

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasının düşərgəsinə qayıdacağı tarix bəlli olub.

Goal.az xəbər verir ki, 25 yaşlı hücumçu dekabrın 19-da Zaqreb təmsilçisinə qoşulacaq.

Komandanın baş məşqçisi Ante Çaçiç ötən ay yığmanın Moldova və Şimali Makedoniya seçmələrinə qarşı yoldaşlıq matçlarında iştirak edən forvarda əlavə istirahət verib.

Qeyd edək ki, Mahir Emreli bu ilin fevralından "Dinamo"da çıxış edir. (report)

GÜNÜN ƏN ÇOX OXUNANLARI