Azərbaycanın U-17 millisinin rəqibləri bəlli olub
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri məlum olub.
Goal.az xəbər verir ki, yığma 4-cü qrupda Serbiya, Sloveniya və Lüksemburqla mübarizə aparacaq.
Oyunlar 2023-cü il 21, 24, 27 oktyabrda Serbiyada keçiriləcək.
Qeyd edək ki, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsi 2024-cü ildə Kiprdə təşkil olunacaq.