14/01/2023
18:18
2534
| A A A
Avstriya - Azərbaycan oyunu üçün bilet satışı təxirə salınıb

Avstriya və Azərbaycan milli komandaları arasında keçiriləcək 2024-cü il Avropa çempionatının seçmə mərhələ oyunu üçün bilet satışı təxirə salınıb.

Goal.az Avstriya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb matçın oynanılacağı "Rayffayzen Arena"nın yenicə təmirdən çıxmasıdır.

Qurum yığmanın ev qarşılaşmalarında tamaşaçılara daha yaxşı xidmət göstərilməsi üçün çempionat matçlarında stadionu sınaqdan keçirmək istəyir. Hazırda LASK komandası ev matçlarını məhz bu arenada oynayır.

Biletlərin martın əvvəlində satışa çıxarılacağı bildirilib.

Qeyd edək ki, Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində ilk oyununu 2023-cü il martın 24-də səfərdə Avstriyaya qarşı keçirəcək. Belçika, İsveç və Estoniya da F qrupunda mübarizə aparacaqlar.

GÜNÜN ƏN ÇOX OXUNANLARI