Azərbaycan millisi Kiprlə qarşılaşacaq
Bakıda həndbol üzrə kişi komandaların 2026-cı il Avropa çempionatının seçmə mərhələ oyunları keçirilir.
Goal.az xəbər verir ki, bu gün 3-cü tur çərçivəsində Azərbaycan millisi Kiprlə qarşılaşacaq.
Matç 15:00-da başlayacaq.
Qrupun digər görüşündə isə Böyük Britaniya və Malta komandaları qarşılaşacaq. Bu oyun saat 12:45-də başlayır.
Bundan əvvəl Azərbaycan Maltanı üstələyib (34:25) Böyük Britaniyaya uduzub (22:39). (sportal)