06/02/2023
18:17
2708
| A A A
Azərbaycan millisi Tacikistana məğlub oldu

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ilk yoxlama oyununda Tacikistanın U-20 komandası ilə qarşılaşıb.

Goal.az xəbər verir ki, matçdan əvvəl qardaş ölkədə baş vermiş zəlzələ nəticəsində dünyasını dəyişənlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Qarşılaşma 2:1 hesabı ilə rəqibin xeyrinə başa çatıb. Azərbaycan millisinin heyətində 90+1-ci dəqiqədə Aslan Şirinov fərqlənib.

Xatırladaq ki, U-19 növbəti oyununu fevralın 8-də Səudiyyə Ərəbistanının 20 yaşadək futbolçularından ibarət komandasına qarşı keçirəcək.

GÜNÜN ƏN ÇOX OXUNANLARI