Azərbaycan millisi Tacikistana məğlub olub
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ilk yoxlama oyununda Tacikistanın U-20 komandası ilə qarşılaşıb.
Goal.az xəbər verir ki, matçdan əvvəl qardaş ölkədə baş vermiş zəlzələ nəticəsində dünyasını dəyişənlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Qarşılaşma 2:1 hesabı ilə rəqibin xeyrinə başa çatıb. Azərbaycan millisinin heyətində 90+1-ci dəqiqədə Aslan Şirinov fərqlənib.
Qeyd edək ki, U-19 növbəti oyununu fevralın 8-də Səudiyyə Ərəbistanının 20 yaşadək futbolçularından ibarət komandasına qarşı keçirəcək. (report)