10/02/2023
19:37
3434
| A A A
Azərbaycan millisi Albaniya və Sloveniya yığmaları ilə qarşılaşacaq

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoldaşlıq oyunları keçirəcək.

Goal.az xəbər verir ki, rəqiblər Albaniya və Sloveniyanın müvafiq yaş qrupu üzrə yığmaları olacaq.

Hər iki qarşılaşma 20 - 27 martda Türkiyənin Antalya şəhərində təşkil ediləcək təlim-məşq toplanışı zamanı baş tutacaq.

Samir Əliyevin baş məşqçi olduğu kollektiv martın 23-də Albaniya, 26-da isə Sloveniya ilə üz-üzə gələcək.

GÜNÜN ƏN ÇOX OXUNANLARI