27/02/2023
14:23
1132
| A A A
Feyenoord-un müdafiəçisi Azərbaycan millisinə qarşı oynaya bilər

Avstriya millisinin futbolçusu Gernot Trauner 2024-cü il Avropa çempionatının seçmə mərhələsində Azərbaycana qarşı keçirəcəkləri ilk tur oyununda iştirak edə bilər.

Goal.az xəbər verir ki, Niderland Feyenoord-unda çıxış edən 30 yaşlı müdafiəçi zədəsini sağaldıb. Ötən ay dizindən əməliyyat olunan arxa xətt oyunçusunun 2 ay oynamayacağı bildirilsə də, o, sıraya vaxtından əvvəl qayıdıb.

Təcrübəli futbolçu hətta Feyenoord-un səfərdə Fortuna Sittard-a 4:2 hesabı ilə qalib gəldiyi Erediviziya matçının 78-ci dəqiqəsində meydana çıxıb.

Qeyd edək ki, Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində ilk oyununu 2023-cü il martın 24-də səfərdə Avstriyaya qarşı keçirəcək. Belçika, İsveç və Estoniya da F qrupunda mübarizə aparacaqlar. (report)

GÜNÜN ƏN ÇOX OXUNANLARI