06/09/2019
11:33
1583
| A A A
Kokorin və Mamayev azadlıqda

Rusiya yığmasının sabiq futbolçuları Aleksandr Kokorin və Pavel Mamayev azadlığa buraxılıb.

Goal.az xəbər verir ki, onların tələbi məhkəmə tərəfindən qəbul olunub.

Belqoqrad vilayətindəki Alekseyevski məhkəməsi 4 saylı cəzaçəkmə müəssisəsində olan idmançıların vaxtından əvvəl azadlığa buraxılması tələbini müsbət cavablandırıb. Nəticədə onlar şərti azadlığa buraxılıb. Həmçinin Kokorinin qardaşı Kirill də azadlığa çıxıb. Onlar koloniyanı 10 gündən sonra, yəni məhkəmənin qərarı qüvvəyə minəndə tərk edəcəklər.

Ötən ilin oktyabrında Aleksandr Kokorin, Pavel Mamayev və Kirill Kokorin Moskvadakı davada iştirak edib, məmur Denis Pak, sürücü Vitali Solovçuk və “NAMİ”nin baş direktoru Sergey Qaysana xəsarət yetiriblər. Mayın 8-də keçirilən məhkəmədə Kokorin qardaşlarına 1 il 6 ay, digərlərinə 1 il 5 ay həbs cəzası verilmişdi.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33528 səs