30/09/2019
12:34
1052
| A A A
Sabiq futbolçunun evi yarıldı, yoldaşı yaralandı

Rusiya millisinin sabiq futbolçusu və Tula Arsenal-ının məşqçisi İqor Semşovun evi qarət olunub.

Goal.az  xəbər verir ki, hadisə sentyabrın 29-na keçən gecə baş verib. Dörd maskalı şəxs 41 yaşlı mütəxəssisin Moskvanın Maslovo kəndindəki evinə girib. Həmin an evdə sabiq yarımmüdafiəçinin həyat yoldaşı Larisa və uşaqları olub. Səs-küy eşidən qadın birinci mərtəbəyə düşdükdə tapança və dəmir çubuqlarla silahlanmış soyğunçularla rastlaşıb. Onları qovmağa cəhd uğursuzluqla nəticələnib və cinayətkarlardan biri qadını vurub.

Soyğunçuluq nəticəsində Semşovun evindən bir neçə brilyant və qızıl qol saatları oğurlanıb. Məşqçiyə dəyən ümumi zərər 20 milyon rubl təşkil edib. 

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
37006 səs