01/10/2019
11:33
1576
| A A A
Messiyə qarşı qaldırılmış ittiham əsassız sayıldı

İspaniya məhkəməsi Barcelona-nın futbolçusu Lionel Messi və onun fonduna qarşı işə xitam verib.

Goal.az xəbər verir ki, hakim Mariya Tardon fondun sabiq əməkdaşı Federiko Rettorinin ifadəsi əsasında irəli sürülən maliyyə fırıldağı və çirkli pulların yuyulması ilə bağlı ittihamı yetərli dəlillər olmadığı üçün əsassız sayıb.

Qeyd edək ki, ittihamda fonda daxil olmuş ianələrdən vəsaitin dünyanın müxtəlif ölkələrindəki ofşor hesablara köçürüldüyü bildirilirdi. İddiaya görə, qanunsuz fəaliyyət 2012 - 2014-cü illərdə İspaniya və Argentinada baş verib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
37006 səs