01/10/2019
15:20
909
| A A A
İspaniyada daha bir futbolçunun evi qarət olundu

Daha bir futbolçunun evi qarət olunub.

Goal.az xəbər verir ki, növbəti qarətin "qurban"ı Atletico-nun yarımmüdafiəçisi Tomas Parti olub. Hazırda Madrid klubu ilə Rusiyada Lokomotiv-lə ÇL oyununa hazırlaşan 26 yaşlı qanalı futbolçunun Madriddəki evi talan edilib. Hadisə dünən gecə saatlarında baş verib.

Soyğun zamanı evdə xidmətçi olsa da, cinayətkar ona xəsarət yetirməyib. Konkret məbləğ açıqlanmasa da, İspaniya mətbuatı mənzildən külli miqdarda pulun oğurlandığını iddia edir.

Bu, İspaniyada son 3 ayda qeydə alınan 12-ci analoji hadisədir. Müvafiq olaraq Jordi Alba, Kevin-Prins Boatenq, Alvaro Morata, Qabriel Paulista, Lukas Vaskes, Ezekyel Qaray, Xoakin Sançes, İsko, Rafael Varan, Uilyam Karvalyo, Kazemiro və Zinəddin Zidan geridə qalan 90 gündə qarətlə üzləşiblər.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
37006 səs