02/10/2019
15:48
1633
| A A A
Komanda yoldaşından oğurluq edən futbolçu bu hərəkətinin səbəbini açıqladı

Keçmiş komanda yoldaşı Kasper Dolberqin saatını oğurladığına görə Nice-dan qovulan Lamine Diabi bu hərəkəti nə üçün etdiyini izah edib.

Goal.az xəbər verir ki, 18 yaşlı futbolçu, bu barədə rəsmi “tvitter” hesabında paylaşım edib:

“Bunu acgözlülüyə görə yox, paxıllığa görə etdim. Mənim sadəcə 18 yaşım var, bu, bəhanə deyil. Mən çətin vəziyyətdə idim və Dolberqin uğurunu qısqanırdım. Saatı səbəbsiz yerə, bəlkə də qısqanclıq üçün götürdüm. Meydanda sona qədər mübarizə aparmaq əvəzinə, qorxaqca bir hərəkət etdim. İndi hər zaman uğurlu olmaq istədiyim klubdan ayrıldım. Bu, mənim üçün böyük cəzadır”.

Diabi Dolberqin 70 min avroluq saatını oğurlamaqda ittiham olunurdu. Gənc hücumçu daha sonra bu hərəkətini etiraf edib və Nice-dan qovulub.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
37007 səs