03/10/2019
12:36
1418
| A A A
Qarabağ-la oyun öncəsi Dudelange-nin bazasından oğurluq olub

Qarabağ komandası ilə keçirəcəyi Avropa Liqasının qrup mərhələsinin II tur matçı ərəfəsində Lüksemburq Dudelange-ının bazasından oğurluq olub.

Naməlum şəxslər sentyabrın 30-na keçən gecə paltardəyişmə otağından 27 cüt buts, eləcə də bir neçə futbolka, şort və digər idman aksessaurları aparıblar. Butların bir hissəsi xüsusi keyfiyyətə malik olub. Kluba ciddi ziyan dəyib. Polis oğruların yerini müəyyənləşdirmək üçün DNT izlərindən istifadə etməli olacaq.

Dudelange-ın prezidenti Romen Şumaxer oğurlanan butsların futbolçuların üçün böyük önəm kəsb etdiyini bildirib: "Rosport-la çempionat matçımızda bəzi oyunçularımızın xüsusi keyfiyyətli butsları yox idi. Qarabağ-la qarşılaşmada isə bütün futbolçular belə ayaqqabılarda çıxış etməlidirlər".

Qeyd edək ki, bu gün Lüksemburqdakı "Jozi Bartel" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. (report)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
37007 səs