09/10/2019
18:48
1046
| A A A
Kanadalı sabiq futbolçu itkin düşüb
Kanada yığmasının sabiq futbolçusu Pol Ceyms itkin düşüb. 
 
Goal.az xəbər verir ki, bu barədə məlumatı Toronto polisi yayıb. Polisin 56 yaşlı Polun tapılması üçün vətəndaşlardan kömək istəyib: 
 
"Torontonun polis xidməti vətəndaşlara müraciət edir ki, itkin düşmüş Polun tapılmasına yardım etsinlər. Onun Ottavada olması ehtimal edilir. Polis onun təhlükəsizliyinə görə narahatdır”. 
 
Qeyd edək ki, Pol Ceyms 1983-1993-cü illərdə Kanada yığmasının şərəfini qoruyub. O, karyerasını bitirdikdən sonra məşqçi kimi çalışıb. Ceyms 2012-ci ildə etiraf etmişdi ki, uzun illər kokain asılılığından əziyyət çəkib.  

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
37006 səs