16/10/2019
14:43
13259
| A A A
Kipr mətbuatı UEFA-nı ikiüzlülükdə günahlandırdı: "Qarabağ niyə cəzalanmır?"

Türkiyə millisinin üzvlərinin AVRO-2020-nin seçmə mərhələsindəki son iki oyunda vurduqları qollardan sonra əsgər salamı verməsi Kiprdə narazılıqla qarşılanıb.

Yerli mətbuat UEFA-nın bu hərəkətə görə səssiz qalmasını birmənalı qarşılamır. Kiprli jurnalistlər qitə futbol qurumunu ikili münasibətdə günahlandırıb. Bununla bağlı yazı hazırlayan "24sports.com.cy" saytı UEFA-nın Türkiyə ilə yanaşı, ona yaxın ölkələr, xüsusilə Azərbaycana da bir çox məsələdə güzəştə getdiyini iddia edib: 

"2014-cü ildə Ajax-la oyunda azarkeşlərin hərəkətinə görə APOEL asanlıqla cəzalandırıldı. Ancaq biz 2 ay öncə Qarabağ-la Bakıdakı matçda yerli fanatların yalançı ölkənin qanunsuz bayrağını açmasına görə UEFA-dan eyni həssaslığı görmədik. Bu cür bayraqlar dəfələrlə digər Kipr təmsilçilərinin avrokubok oyunlarında da nəzərə çarpıb. Buna baxmayaraq, "ədalətli" UEFA-nın hələ ki, onlara cəza verdiyini görməmişik. Gəlin, yeni baş vermiş hadisəyə nəzər salaq. Necə olur ki, Düdelanjdakı görüşdə azarkeşlərin meydana girməsinə intizam işi açılmır? Bildiyimiz qədərilə, buna görə kluba cəza verilməlidir. Ancaq hazırda təhlükəsizlik tədbirlərinin aşağı səviyyədə olması müzakirə edilir. Qarabağ niyə yada düşmür?".

APOEL Avroliqanın qrup mərhələsinin III turu çərçivəsində oktyabrın 24-də Bakıda Qarabağ-ın qonağı olacaq.(sportinfo.az)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
40119 səs