25/10/2019
14:22
1616
| A A A
Vaqif Cavadov: "Ağıllı futbolçu siqaret çəkəndə elə çəkməlidir ki, heç kim bilməsin" - VİDEO

Azərbaycan yığmasının sabiq üzvü Vaqif Cavadov İTV-də yayımlanan 3D proqramında Dadaş Dadaşlinskinin qonağı olub. 

Goal.az xəbər verir ki, aparcı Dadaş Dadaşlinski ötən gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində Çexiyada hotellərin birində siqaret çəkməsi ilə bağlı sual ünvanlayıb.

V.Cavadovun bildirib ki, futbolçular siqaret çəkən zaman elə çəkməlidir ki, heç kim bilməsin:
“Belə deyim, onlar ağıllı futbolçu deyillər deyə bu hərəkəti ediblər. Ağıllı insan, ağıllı futbolçu olsalar belə, bunu elə etmək lazımdır ki, nə rəhbərlik nə baş məşqçi bilsin. Eyni zamanda hotelə də ziyan dəysin. Siqaret çəkmək qəti qadağandır və hər bir insana zərərlidir. O ki qaldı əgər artıq çəkirsə bunu elə etməlidir ki, kimsə bilməsin və kiməsə zərər gəlməsin”.
Sabiq furbolçu eyni zamanda vaxtilə özünün də oyun olmadığı və istrahətdə olduğu zaman qəlyan çəkdiyini etiraf edib.Qeyd edək ki, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində Çexiyada hotellərin birində siqaret çəkməsi xəbər AFFA tərəfindən təstiqlənib və artıq futbolçuların baş məşqçi tərəfindən cəzalandırıldıqları bildirilib.

Millinin biabırçı nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
503 səs