30/10/2019
12:55
1783
| A A A
Beylin Londona səfərinin səbəbi müəyyənləşdi

Real-ın hücumçusu Qaret Beylin Londona səfərinin səbəbi müəyyənləşib. 

Goal.az-ın məlumatına görə, ulduz futbolçu fiziki durumunu yaxşılaşdırmaq üçün bunu edib.

Beyl fizioterapevti Denni Mörfinin yanına gedərək, onun proqramı sayəsində fiziki gücünü bərpa etmək niyyətindədir. Onun, xüsusən də, AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan və Macarıstanla keçiriləcək oyunlar üçün bu addıma əl atdığı bildirilir. Beyl vacib qarşılaşmalarda komandasına kömək etməkdə qərarlıdır.

Lakin kapitanın hazırkı durumu Uels millisinin baş məşqçisi Rayan Giqqzi narahat edir. Kritik qarşılaşmalar öncəsi qol "silah"ının oyun praktikasından əziyyət çəkməsi 46 yaşlı mütəxəssisi düşündürən məqamdır.

Qeyd edək ki, noyabrın 16-da Azərbaycan millisinin qonağı olacaq Uels yığması bundan 3 gün sonra Macarıstanı qəbul edəcək.

Millinin biabırçı nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
502 səs