19/03/2020
15:57
1284
| A A A
Riberi prezidentin yaratdığı fonda dəstək oldu

“Fiorentina” klubunun prezidenti Rokko Komisso koronavirusa qarşı mübarizə məqsədiylə yardım fondu yaratdıqlarını açıqlayıb.

Goal.az xəbər verir ki, Komisso, artıq 420 min avro pul yığdıqlarını bildirib. 70 yaşlı futbol funksioneri “Fiorentina”nın futbolçusu Frank Riberinin də bu fonda 50 min avro bağışladığını deyib.

“Fiorentina”nın üç futbolçusunda koronavirus aşkarlanıb.