22/03/2020
13:55
2194
| A A A
Manchester United-in sabiq futbolçusu koronavirusa yoluxdu

Manchester United-in sabiq futbolçusu, hazırda Çinin Shandong Luneng klubunda çıxış edən Maruan Fellaini koronavirusa yoluxub.

Goal.az xəbər verir ki, belçikalı yarımmüdafiəçinin koronavirus testi müsbət çıxıb.

Bununla da o, Çin supeliqasında koronavirusa yoluxan ilk futbolçu olub. Fellaini müalicə və izolyasiya üçün infeksion xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Fellaini 2019-cu ilin yayında Manchester United-dən ayrılaraq Shandong Luneng keçib.