22/03/2020
14:27
1552
| A A A
Eintracht-ın daha bir futbolçusu koronavirusa yoluxdu

Eintracht-ın daha bir futbolçusunda koronavirus aşkarlanıb.

Goal.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Xəbərdə, 23 futbolçu arasında edilən koronavirus testinin birinin müsbət çıxdığı bildirilib. Eintracht-da bundan əvvəl bir futbolçunun da koronavirus testi müsbət çıxmışdı.

Frankfurt təmsilçisinin işçi və məşqçi heyəti bütünlüklə 14 günlük karantinə alınıb.